Şriftin ölçüsü :

Saytın rəngi :

"İnsan Hüquqları Aylığı" çərçivəsində növbəti tədbir keçirilib

14 iyun 2022 | 09:18

İnsan Hüquqları Ayığı" elan olunması ilə əlaqədar Göygöl Rayon İcra Hakimiyyətinin, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Gəncə Regional bölgəsinin,  Göygöl Gənclər Evinin və Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin  birgə təşkilatçılığı ilə "Hüquqlarımızı bilək və öyrənək" mövzusunda tədbir keçirilib.

Tədbirdə İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) Gəncə Regional bölgəsi rəhbəri Səbuhi Abbasov,  YYC-in işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi psixoloqu Ceyhun Hümbətov, məsul katibi Vəfa İbrahimova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəhbəri Rəbiyyə Ablayeva, Göygöl Gənclər Evinin psixoloqu Bəsti Rəhimova çıxış edərək mövzu ilə bağlı tədbir iştirakçılarına geniş və ətraflı məlumat verdilər. Tədbir psixoloqların və gənclərin iştirakı ilə diskussiya şəraitində davam edib. Gənclərin çoxsaylı sualları ətraflı cavablandırılıb, onlara hüquqi məsləhətlər verilib.

Keçidlər