Şriftin ölçüsü :

Saytın rəngi :

"İmamzadə" dini kompleksində Məhərrəmlik, Aşura və digər dini mərasimlərinin keçirilməsi ilə əlaqədar iclas keçirilib

03 avqust 2022 | 10:47

      "İmamzadə" dini kompleksində keçirilən iclasda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Şəhər Nizami və Kəpəz İcra Hakimiyyətlərinin başçıları Nizami Hacıyev və Eldəniz Xudiyev, Samux və Daşkəsən Rayon İcra Hakimiyyətlərinin nümayəndələri, DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar şurasının üzvü Tahir Abbasov, hüquq-mühafizə orqanlarının, habelə idarə, müəssisə və təşkilat rəhbərləri iştirak ediblər.

      İclasda Məhərrəm ayında keçirilən mərasimlər zamanı, xüsusilə ilə “Aşura” günü “İmamzadə” dini kompleksinə ziyarətçilərin daşınmasının təşkil olunması, mərasim iştirakçılarının içməli su ilə təmin edilməsi, mərasim keçiriləcək məkanlarda təmizlik və profilaktik dezinfeksiya işlərinin aparılması, qanvermə aksiyasının təşkili və digər zəruri məsələlərlə bağlı müzakirələr aparılıb. Bununla yanaşı, Məhərrəm ayı ilə əlaqədar tədbirlərin Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının fətvasına uyğun keçirilməsinin vacibliyi qeyd olunub.

      Daha sonra iclas iştirakçıları “İmamzadə” dini kompleksində Məhərrəm ayı ilə əlaqədar şəhid ailələri və müharibə iştirakçıları üçün təşkil olunan ehsan mərasimində iştirak ediblər. Mərasimdə Kərbəla hadisəsi və Aşura gününün mahiyyətindən danışılıb, Məhərrəm ayının dini qaydalara və dövlətin qanunlarına uyğun keçirilməsinin vacibliyi qeyd olunub. Azərbaycanın müstəqilliyi, süverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən vətən övladlarının ruhlarına dualar oxunub.

      Məlumat üçün bildirək ki, Göygöl Rayon İcra Hakimiyyətində Məhərrəmlik, Aşura və digər dini mərasimlərin keçirilməsi ilə əlaqədar Qərargah yaradılıb, dini mərasimlərin keçirilməsinin tənzimlənməsinə dair Tədbirlər Planı hazırlanıb, rayonda mövcud olan məscid və ziyarətgahlara Rayon İcra Hakimiyyəti başçısı Aparatının işçiləri təhkim olunub.

Keçidlər