İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Tülallar kəndinə səfəri çərçivəsində “Tülallar” qızıl yatağında çalışan işçilərə yaradılmış şəraitlə tanış olub
30 may 2023 | 18:04
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) mövcud istehsalat sahələrinin inkişaf etdirilməsi, genişləndirilməsi, o cümlədən yeni mədənlərin yaradılması istiqamətində fəaliyyətini davam etdirir. Göygöl rayonun Tülallar kəndi yaxınlığındakı eyniadlı geoloji kəşfiyyat sahəsində də müvafiq işlər görülür.
“Tülallar” qızıl yatağı Göygöl rayonu ərazisində yerləşir. “Tülallar” SSRİ dövründə kəşf edilmiş, lakin geniş tədqiq edilməmiş, 2017-ci ildən “AzerGold” QSC-nin geoloqları tərəfindən geniş tədqiq edilmiş qızıl yatağıdır. Yataq üzrə hasilat prosesi Səhmdar Cəmiyyət üçün ən əlamətdar təqvimlərdən birində, 11 fevral 2023-cü il tarixində - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Səhmdar Cəmiyyətin təsis olunmasının 8-ci ildönümündə başlanıb.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Tülallar kəndi ərazisində yerləşən sahədə mədən partlatma və filiz süxurlarının daşıma, həmçinin inzibati kampın hazırlanması işlərini həyata keçirən “Global Mining” MMC-nin İşçi Qrupunun üzvləri ilə birgə işçi heyəti üçün yaradılmış şəraitlə tanış olub və müvafiq tövsiyələrini bildirmişdir.