Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Elvin Paşayev tərəfindən Göygöl şəhərində növbəti səyyar qəbul keçirilib

11 aprel 2023 | 17:50
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin Göygöl şəhəri Səməd Vurğun, Babək və Qaçaq Nəbi küçələrinin sakinləri ilə səyyar görüşü təşkil olunub. Göygöl şəhər 5 nömrəli tam orta məktəbin binasında keçirilən səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı bir qrup şəhər sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən elektrik lampalarının dəyişdirilməsi, internetin sürətinin artırılması, Qaçaq Nəbi küçəsinin asfaltlanması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər