İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Sarısu kəndində vətəndaşlarla səyyar görüş keçirib
01 noyabr 2023 | 16:29
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Sarısu kənd mədəniyyət evində kənd sakinləri ilə səyyar görüş keçirib. Görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən Sarısu kənd tibb məntəqəsinin həkimlə təmin olunması, kəndin sürətli internet xətti ilə və təbii qazla təchiz edilməsi, kənd sakinlərinin fərdi təsərrüfatına ziyan vuran ayılara qarşı qanunamüvafiq tədbir görülməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.