Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Nadil kəndində səyyar qəbul keçirib

19 yanvar 2023 | 19:06
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin 19 yanvar 2023-cü il tarixində Nadil kənd ümumi orta məktəbin akt zalında  kənd sakinləri ilə səyyar görüşü təşkil olunub. Səyyar görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Eyni zamanda İcra başçısı Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verib, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edərək, vətəndaşlara bu platformadan istifadə etmələrini tövsiyə edib.
Qəbul zamanı bir qrup kənd sakinini dinləyən Rayon icra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən kənddaxili yolların təmiri, mövcud artezian quyusunun təmir olunması, yeni yaşayış massivinin qazlaşdırılması və  digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər