İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Aşağı Zurnabad qəsəbəsində vətəndaşlarla səyyar görüş keçirib
29 noyabr 2023 | 19:11
Keçirilən görüşdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar görüş zamanı bir qrup Aşağı Zurnabad qəsəbə sakinini dinləyən İcra başçısı mövcud problemlərin həlli, o cümlədən mövcud olan bulağın suyunun bərpa edilməsi, qəzalı vəziyyətdə olan elektrik dayaqlarının dəyişdirilməsi, həyətyanı sahənin axınlığında qoyulmuş elektrik transformatorunun yenisi ilə əvəz edilməsi və yaxud yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.