Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Elvin Paşayev rayonun Aşağı Zurnabad qəsəbəsində səyyar qəbul keçirib

28 sentyabr 2022 | 09:57
     28 sentyabr 2022-ci il tarixində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev İcra Hakimiyyəti Başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə rayonun Aşağı Zurnabad qəsəbəsində sakinlərlə səyyar görüşüb, onların təklif və problemlərini dinləyib.
     Görüş zamanı çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb. Eyni zamanda İcra başçısı Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və vətəndaşlara bu platformadan istifadə etmələrini tövsiyə edib.
     Qəbul zamanı bir qrup qəsəbə sakinini dinləyən Rayon İcra Hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən qəsəbənin suya olan tələbatın ödənilməsi, yolun təmiri və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər