Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Bəhrəmbağ qəsəbəsində və Haçaqaya kəndində vətəndaşların səyyar qəbulunu keçirib

10 mart 2023 | 19:50
Qəbulda Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul şəxsləri, inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev keçirilən səyyar görüşlərin ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsi olduğunu qeyd edərək, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini, məhz bu uğurlu siyasətin ölkəmizin bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinə şərait yaratdığını vurğulayıb, eyni zamanda Elektron Hökumət Portalı tərəfindən yaradılmış Rəqəmsal İcra Hakimiyyəti platforması barədə vətəndaşlara məlumat verərək, xidmətin əlçatanlıq və üstünlüklərini qeyd edib və https://rih.gov.az/ platformasından istifadə etmələrini tövsiyə edib.
Səyyar qəbul zamanı Bəhrambağ qəsəbə sakinləri yeni subartezian quyusunun qazılması, qəsəbəyə gələn yolun təmir olunması, əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi, məişət tullantılarının yığılması üçün qutuların qoyulması təkliflərini, Haçaqaya kənd sakinləri isə kəndə gələn yolun təmir olunması, elektrik sayğaclarının, dayaqlarının və naqillərinin yenilənməsi təkliflərini irəli sürüblər.
İcra Hakimiyyətinin başçısı Elvin Paşayev qaldırılan hər bir məsələ ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini bildirib.
Keçidlər