Şriftin ölçüsü :

Saytın rəngi :

Heyvanlar yaylaqlara köçürülmədən öncə çimizdirilməlidir

05 iyun 2023 | 11:04
Mövsümlə əlaqədar ölkədə yetişdirilən heyvanların bioloji xüsusiyyətləri və onların təbii yem bitiləri ilə yemlənməsinin təşkili üçün qışlaqlardan yaylaqlara köç etməsi zərurəti yaranır. Odur ki, heyvandarlıqla məşğul olan fermerlərə heyvanları yaylaqlara köçürülmədən əvvəl qan-parazitar və digər mövsümü xəstəliklərə (həşərat, gənə və s.) qarşı mübarizə tədbirləri çərçivəsində heyvanların çimizdirilməsi tövsiyə edilir.
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, rayon ərazisində 125 423 baş qoyun və keçilərin otarılması üçün 5463 ha ərazidə yaylaq, 8665 ha ərazidə isə qışlaq mövcuddur. Həmçinin fermerlərə əsas tövsiyələr bunlardır:
- yaylaqlara köçürüləcək heyvanlar əvvəlcə baytar həkimi tərəfindən kliniki müayinədən keçirilməli;
- xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktki vaksinasiya cəlb edilməli;
- heyvanların çimizdirilməsi zamanı istifadə ediləcək preparatlar baytar həkiminin nəzarəti altında hazırlanmalı;
- tədbir baytar həkiminin iştirakı, nəzarəti, göstərişi və tövsiyəsi ilə (qansoran həşərat və gənələrə qarşı) aparılması məqsədəmüvafiqdir.
Keçidlər