Şriftin ölçüsü :

Saytın rəngi :

“Heydər Əliyev İli” ilə bağlı Göygöl rayonunda silsilə ümumrayon tədbirləri davam edir

02 noyabr 2023 | 13:03
“2023-cü il – Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev 2023-2024-cü tədris ilində müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədən keçərək Göygöl rayon ümumtəhsil məktəblərində işləyən müəllimlərlə görüşüb, onlara xoş arzularını çatdırıb. Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən görüşdə həmçinin Gəncə-Daşkəsən Regional təhsil İdarəsinin Göygöl rayon üzrə Təhsil sektorunun əməkdaşları, rayonun ümumtəhsil məktəblərinin rəhbərləri iştirak ediblər.
Tədbirdə İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxış edərək qeyd edib ki, Azərbaycanda hər bir sahədə müşahidə olunan inkişaf tendensiyası təhsil sektorunda da nəzərə çarpmaqdadır. Bu inkişafın əsasında isə, şübhəsiz, Ulu Öndər Heydər Əliyevin ideyaları və həmin ideyaların işığında həyata keçirilən siyasi-strateji kurs dayanır. Bu gün isə məhz Ulu Öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyllərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfə verir. Bu gün Azərbaycanda həyata keçirilən dövlət proqramları və islahatlar çərçivəsində təhsilin bütün sahələri inkişaf edir. Təhsildə idarəetmə, müəllim hazırlığı və digər sahələrin inkişafına xüsusi diqqət yetirilir. Son illər müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.
Tədbirdə çıxış edən gənc müəllimlər görüşdən məmnun olduqlarını vurğulayaraq, onlara göstərilən etimadın işləri ilə doğruldacaqlarını bildirdilər.
Tədbirin sonunda 2023-2024-cü tədris ilində müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqədən keçən müəllimlərə xatirə hədiyyələri təqdim olunub.
Keçidlər