Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöllü istedadlı saz ifaçısı Elvin Allahverdiyev Uşaq İncəsənət Festivalında uğur qazanıb

17 noyabr 2023 | 20:53
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi və Elm və Təhsil Nazirliyinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalında 14-17 yaş qrupunda “Aşıq sənəti” nominasiyası üzrə həvəskar kateqoriyasında Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsi Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin Saz ixtisası üzrə V sinif şagirdi Allahverdiyev Elvin Elşad oğlu III yerə layiq görülmüşdür. Festivalın qaliblərinin mükafatlandırılması mərasimi Bakı şəhəri Heydər Əliyev Mərkəzində təşkil olunmuşdur.
Xatırladırıq ki, Elvin Allahverdiyevin müəllimi Göygöl rayon Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbin Saz müəllimi Urfan Qurbanovdur.
Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən Uşaq İncəsənət Festivalında əldə etdiyi uğura görə Elvin Allahverdiyevi təbrik edir, gələcək fəaliyyətində yeni-yeni nailiyyətlər arzulayırıq.
Keçidlər