Göygöldə "Zəfər Kuboku" uğrunda intellektual yarışı təşkil olunub
“Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində "8 Noyabr - Zəfər Günü" münasibətilə Göygöl rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar arasında "Zəfər Kuboku" uğrunda intellektual yarışı təşkil olunub. Nəzərinizə çatdırırıq ki, intellektual oyunu Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göygöl Gənclər Evi, Göygöl üzrə Gənclər və İdman sektoru, GİKM-in Göygöl bölməsinin birgə təşkilatçılığı ilə keçirilib.
Yarışda öz intellekt səviyyəsini sınamağa gələn idarə və müəssisələrin qalib komandaları aşağıdakılardır:
1-ci yerin qalibi Bani Seminariyası;
2-ci yerin qalibi Təhsil Sektoru;
3-cü yerin qalibi Statistika idarəsi.
Qalib komandaları təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.