Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib

27 sentyabr 2022 | 18:36
     27 sentyabr “Anım günü” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilib.   
    “Anım günü” ilə bağlı respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi Göygöl rayonunda da silsilə tədbirlər həyata keçirilib. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdikdən sonra Rayon İcra Hakimiyyətinin akt zalında Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş rəsmi anım tədbiri keçirilib. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayonun hüquq-mühafizə orqanları və digər rəhbər şəxslər iştirak ediblər.
     Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, tədbir dövlət himni ilə açıq elan olunub.  Tədbirdə giriş sözü ilə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında, Qarabağın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda Rəşadətli  Azərbaycan Ordusunun həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Şanlı Vətən Müharibəsi nəticəsində torpaqlarımızın azad olunduğunu və bu gün azad edilmiş torpaqlarımızda əsaslı yenidənqurma işlərinin aparıldığını qeyd edib.
     Tədbirdə, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Göygöl şəhər Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin direktoru Nuranə Quliyeva və Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Sərdar Balayev geniş məruzələrlə çıxış ediblər. Natiqlər çıxışlarında Vətən, Dövlət, Bayraq naminə canlarını qurban vermiş Şəhidlərimizin əziz xatirəsinin daim ehtiram və sevgi ilə anılacağını bildiridlər
Keçidlər