Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib

02 iyun 2023 | 01:15
“2023-cü il-Heydər Əliyev ili” çərçivəsində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr olunmuş “Uşaqlar bizim gələcəyimizdir” mövzusunda uşaq yaradıcılıq festivalı keçirilib. Göygöl rayon Heydər Əliyev parkında təşkil olunan Festivalda Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti, şəhid və qazi övladlar, məktəblilər iştirak ediblər.
Göygöl Rayon İcra Hakimiyyətinin, Göygöl rayonu üzrə təhsil sektorunun, Göygöl Mədəniyyət Mərkəzinin, Göygöl Gənclər Evinin birgə təşkilatçılığı ilə təşkil olunmuş festivalda gələcəyimizin ən qiymətli sərvəti olan uşaqlarımızın təqdimatları dinlənilib, qazanmış olduqları müxtəlif istiqamətli bacarıqları ilə yaxından tanış olunub, ən əsası isə fidanlarımıza əvəzi olmayan əyləncəli və sevgi dolu bir gün bəxş edilib.
Keçidlər