Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə UNİCEF-Azərbaycan və “Gənc Psixoloqlar” İctimai Birliyinin hazırladığı “İcma əsaslı psixi sağlamlıq və psixo-sosial dəstək xidmətləri sahəsində potensialın artırılması” layihəsi həyata keçirilib

02 avqust 2023 | 11:50
Məktəb psixoloqlarının, eləcədə digər idarə və müəssisələrdə çalışan psixoloqların fəaliyyətinin səmərəliliyi və daha da peşəkarlığı istiqamətində maarifləndirmə işinin həyata keçirilməsinə xüsusi diqqət yetirilərək Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin və Rayon üzrə Təhsil sektorunun dəstəyi ilə UNİCEF-Azərbaycan və “Gənc Psixoloqlar” İctimai Birliyinin hazırladığı “İcma əsaslı psixi sağlamlıq və psixo-sosial dəstək xidmətləri sahəsində potensialın artırılması” layihəsi əsasında on günlük təlim məşğələləri həyata keçirilmişdir. Təlimdə Göygöl Rayon İcra Hakimiyyətinin nümayəndələri, Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin məsul işçiləri, məktəb psixoloqları iştirak ediblər.
Təlim “Mental sağlamlığın əsasları”, “Fövqəladə vəziyyətlərdə psixi sağlamlıq”, “İcma əsaslı psixi sağlamlıq”, “Uşaq psixikasının vacib məqamları”, “Uşaqların hüquqi, sosial müdafiəsində icmanın rolu” və bu kimi mövzularda aparılmış, hər mövzunun incə və həssas məqamları geniş şəkildə əhatə olunmuşdur. Təlimin sonunda iştirakçılar UNİCEF-Azərbaycan və “Gənc Psixoloqlar” İctimai Birliyi tərəfindən Sertifikatlarla təltif ediliblər.
Keçidlər