Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib

24 yanvar 2023 | 18:33
Göygöl Rayon İcra Hakimiyyəti və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə görüş keçirilib. Görüşdə Göygöl Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və digər aidiyyəti qurumlarının nümayəndələri, eləcə də regionda turizm sahəsində fəaliyyət göstərən 20-ə yaxın sahibkarlıq subyekti iştirak edib.
Tədbirdə KOBİA, Dövlət Turizm Agentliyi və Dövlət Məşğulluq Agentliyinin birgə dəstəyi ilə həyata keçirilən layihələr barəsində məlumat verilib, turizm sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin təklifləri dinlənilib, dövlət dəstəyi mexanizmləri, o cümlədən güzəştli kreditlərdən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb. 
Keçidlər