Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda tədbir keçirilib

08 noyabr 2023 | 11:20
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Göygöl Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq “8 Noyabr – Zəfər Günü”nə həsr olunmuş “Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda toplantı təşkil olunub. Rayon Heydər Əliyev Mərkəzində keçirilən toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, İHBA-nın əməkdaşları, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, hərbiçilər, müharibə iştirakçıları, Şəhid ailələri, Qazilər, ağsaqqallar və fəal rayon gəncləri iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi və şəhid məzarları ziyarət olunaraq, əziz xatirələri ehtiramla yad edilmişdir. Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmnuş toplantı Göygöl şəhər Aşıq Şəmşir adına Uşaq Musiqi Məktəbinin xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunaraq, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin çıxış edərək bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, şəhidlərimiz qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq salnaməsi yazdılar. Bu Zəfər Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasətin nəticəsidir.
Toplantıda çıxış edən Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, hərbiçilər, Şəhid ailələri, və müharibə iştirakçıları, Böyük Zəfərə gedən yoldan, Ulu Öndər Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasətdən, Müzəffər Ordumuzun şücaəti və qəhrəmanlıqlarından bəhs ediblər.
Tədbirin yekununda bir qrup şəxs Vətən müharibəsində qələbəyə verdiyi töhfəyə görə “8 Noyabr – Zəfər Günü” münasibəti ilə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif olunub.
Sonra Heydər Əliyev Mərkəzinin foyesində Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən təşkil olunmuş rəsm və uşaqların əl işindən ibarət sərgiyə baxış keçirilib.
Keçidlər