Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “Sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadə” mövzusunda toplantı keçirilib

08 iyun 2023 | 18:18
Azərbaycan Respublikası Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq sudan məişətdə və kənd təsərrüfatında qənaətli istifadənin təmin edilməsi məqsədilə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə toplantı keçirilib. Toplantıda Göygöl Rayon İcra Hakimiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, “Azərsu”ASC-nin, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”ASC-nin, aidiyyəti idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak edib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini İlqar Məmmədov çıxışında dünyanın bir çox ölkələrində iqlim dəyişikliyi ilə əlaqədar su ehtiyatlarının azaldığını, insanların su çatışmazlığından əziyyət çəkdiyini qeyd edərək, ölkəmizdə əhalinin içməli su və suvarma suyu ilə təminatının yaxşılaşdırılması ilə bağlı dövlət səviyyəsində həyata keçirilən layihələrdən və nəzərdə tutulan tədbirlərdən ətraflı məlumat verib və hər bir vətəndaşın sudan qənaətlə istifadə etməsini, dünyada su ehtiyatının azalması barədə təhlükənin ciddiyə alınmasını tövsiyə edib. Su ehtiyatlarından səmərəli istifadə ilə bağlı verilən məlumatlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Toplantı diskussiya şəklində davam etdirilib.
Keçidlər