Göygöldə su ehtiyatlarından səmərəli istifadə müzakirə olunub
Rayonda mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi üçün Göygöl Rayon İcra Hakimiyyəti başçısının yanında yaradılmış Operativ Qərargahın iclası keçirilib. Operativ Qərargahın rəhbəri Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayevin sədrliyi ilə keçirilən iclasda son dövrdə havaların quraq keçməsi səbəbindən çaylarda, yeraltı mənbələrdə suyun həcminin kəskin azalması əkin torpaqlarının suvarılmasında müəyyən çətinliklər yaratması səbəbindən mövcud su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi və bununla bağlı keçiriləcək zəruri tədbirlər geniş müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib. Eyni zamanda bildirilib ki, Respublikamız coğrafi mövqeyi baxımından azsulu ölkələr sırasındadır. Buna görə də kənd təsərrüfatı bitkilərinin becərilməsində müasir aqrotexniki vasitələrdən istifadə və suvarılmanın növbəlik əsasında ədalətli bölgü əsasında aparılması su ehtiyatlarından səmərəli və itkisiz istifadəsinə müsbət təsirini göstərəcək. Bu istiqamətdə nəzarətin gücləndirilməsi ən vacib məsələdir.