Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə şair İnqilab İsaqın 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilib

21 may 2023 | 13:54
Göygöl Rayon İcra Hakimiyyətinin və Şəmkir Regional Mədəniyyət İdarəsinin Göygöl nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair İnqilab İsaqın 70 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbirdə Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev, Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi, yazıçı İlqar Fəhmi, Cavadxan Tarix və Mədəniyyət Fondunun vitse-prezidenti Müzadil Həsənov, yazıçı, jurnalist, dramaturq Nüşabə Əsəd Məmmədli, Şəmkir RMİ-nin Göygöl üzrə nümayəndəsi Nurəddin Babazadə və digər rəsmi qonaqlar iştirak etmişdir.
Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında ölkə rəhbərliyi tərəfindən ziyalılara göstərilən qayğı və diqqəti vurğuluyaraq bu kimi yaradıcılıq gecələrinin önəmli olduğunu söylədi. Geniş ictimaiyyət ilə ziyalılar arasında fərqli formatlar çərçivəsində görüşlərin, məktəblərdə şair və yazıçıların kitab təqdimatlarının daha intensiv təşkil edilməsinin labüd olduğunu bildirən Elvin Paşayev gələcəkdə belə tədbirlərin bütün rayon üzrə keçiriləcəyinə dair fikirlərini bildirdi.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq məsələləri üzrə katibi İlqar Fəhmi öz çıxışında, Göygöl rayonunda yazıçı və şairlərə göstərilən qayğının təqdirəlayiq olduğunu bildirərək Yazıçılar Birliyi ilə bərabər fərqli layihələrin həyata keçirilməsi təklifini irəli sürdü.
Tədbirdə çıxış edən digər rəsmi qonaqlar İnqilab İsaqın yaradıcılığından, Azərbaycan ədəbi mühütin inkişafından və bu istiqamətdə həyata keçirilən layihələrdən ətraflı məruzələr etdilər.
Yekunda qonaqlar tərəfindən İnqilab İsaqa fərqli hədiyyəllər təqdim olundu və Göygöl rayon ümumtəhsil məktəb şagirdləri tərəfindən şairin şeirləri oxunub. Bədii hissədə isə İnqilab İsaqın sözlərinə bəstələnmiş musiqi nömrələri, habelə müğənni Məzahir Əliyevin və Leyla Mehdiyevanın ifasında mahnılar dinlənilib.
Keçidlər