Göygöldə qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirici görüş keçirilib
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü (Qida məhsullarının konservləşdirilməsi, həmin məhsulların saxlanılması və istifadəsi zamanı sanitariya-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması) 10.12.4-cü (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması), 10.12.5-ci (Xüsusi həssas əhali qruplarının(uşaqlar hamilə qadınlar və.s) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi) bəndlərinin icrasının təmin edilməsi məqsədilə Göygöl Mərkəzi kitabxana sisteminin oxu zalında maarifləndirici görüş keçirilib. Keçirilən görüşdə Göygöl rayon İcra Hakimiyyətin başçısı Aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıması şöbəsinin baş məsləhətçisi Fuad Məmmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçiləri Elmar Kazımov və Hüseyn Məhərrəmli, Hüquq şöbəsinin məsləhətçisi Orxan Məmmədovla birgə Qida Təhlükəsizliyi Agentliyinin Gəncə regional bölməsinin əməkdaşları Məhəmməd Zeynalov və Asim Zülfəli iştirak ediblər.
Əhali ilə keçirilən maarifləndirici görüş Göygöl rayonunda qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi və sağlam və rasional qidalanma istiqamətində təşviqat işinin aparılması məqsədini daşıyıb. Görüşdə çıxış edən natiqlər qida təhlükəsizliyi sahəsində qəbul olunmuş yeni qanunun müddəaları bərədə geniş və ətraflı məlumat veriblər, eyni zamanda görüşdə qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirici bukletlər paylanılıb. Görüş diskussiya şəklində keçirilib.