Göygöldə “Psixoloqların rolunu gücləndirməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihəsi həyata keçirilib
20 may 2022-ci il tarixdə Göygöl rayon Heydər Əliyev Mərkəzində “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən “Psixoloqların rolunu gücləndirməklə uşaq hüquqlarının müdafiəsinin təşkili” layihəsi çərçivəsində dəyirmi masa keçirilib. Dəyirmi masada Göygöl rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyinin sədri Zaur Quliyevin, Psixologiya üzrə Fəlsəfə Doktoru Elmira Mirzəyeva, Göygöl rayon ümumtəhsil məktəblərində çalışan 35 nəfər psixoloq iştirak edib. Layihə Göygöl rayonunda uğurla həyata keçirilib.
Sonda layihədə iştirak edən psixoloqlara “Hüquq Dünyası Hüquqi Təbliğat” İctimai Birliyi tərəfindən Sertifikatlar təqdim olunub.