Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında layihə həyata keçirib

29 aprel 2023 | 10:29
Avropa İmmunlaşdırma Həftəsi çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə Səhiyyə Nazirliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə əməkdaşlıq çərçivəsində Göygöl Rayon Mərkəzi Xəstəxanasında vaksinasiyadan yayınmış yetkin və azyaşlıların müəyyən olunaraq vaksinasiyaya cəlb olunması həyata keçirilib. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST-nın) Azərbaycandakı Ölkə Ofisinin Rəhbəri Dr. Hande Harmancı və mütəxəssis Dr. Sevinc Həsənova, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Beynəlxalq Əməkdaşlıq Departamentinin müdiri Ramin Ağayev və böyük məsləhətçi Ramin Bürcəliyev, iştirak ediblər. Tədbirdən öncə qonaqlar Göygöl Rayon İcra hakimiyyətinin başçısı Elvin Paşayevlə görüşüb və Göygöl rayonu ilə tanış olublar.
Göygöl Rayon Mərkəzi Xəstəxanasında “Peyvəndin vaxtını gecikdirmə! Hər doza vacibdir!” şüarı altında tədbir təşkil edilən layihədə Azərbaycan Tibb Universitetinin dosenti, həkim-pediatr Nigar Bayramova, həkim-pediatr Aytən Ziyadova tərəfindən valideynlərə uşaqların vaxtında peyvənd olunmasının əhəmiyyəti haqqında məlumat verdikdən sonra peyvəndləmədən kənarda qalan uşaqlar yerindəcə peyvənd olunub.
 
https://www.facebook.com/ExecutivePowerofGoygol/videos/786333062712798 
Keçidlər