Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib

14 mart 2023 | 15:01
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Göygöl rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbir Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın  4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi daşıyıb.
İclasda Göygöl Rayon İcra Hakimiyyətinin, Dövlət Turizm Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Kiçik və Orta Biznesinin İnkişafı Agentliyinin, digər aidiyyəti qurumlarının nümayəndələri və müxtəlif sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.
İclas Göygöl RİHB-nin müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayevin sədrliyi ilə keçirilib. Arzu Qocayev bildirib ki, peşə və sahə assosiasiyaların yaradılması sosial dialoqun inkişaf etdirilməsi və qeyri-formal əmək münasibətlərinin qarşısının alınması, sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, məşğulluğun artırılması, məlumatlılıq səviyyəsinin yüksəldilməsi, sahibkarların maraqlarının müdafiəsi baxımından çox əhəmiyyətlidir. 
Digər çıxış edənlər də, rayonda peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsinin vacibliyini qeyd edib, müxtəlif təkliflər irəli sürüblər.
İclasda diqqətə çatdırılıb ki, sahibkarlara öz fəaliyyət göstərdikləri istiqamətlərdə tələb olunan ixtisaslı işçilərin hazırlanmasında Dövlət Məşğulluq Agentliyi və rayonda fəaliyyət göstərən Peşə məktəbi vasitəsilə də müvafiq köməkliklər olunur.
Rayon ərazisində müxtəlif sahələr üzrə fəaliyyət göstərən sahibkarlar tərəfindən  assosiasiyaların yaradılması üçün Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən qanunamüvafiq dəstək göstəriləcəkdir.
Keçidlər