Göygöldə növbəti qanvermə aksiyası keçirilib
06 aprel 2023 | 16:01
Müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədi ilə “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin təşəbbüsü və Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Göygöl Rayon Mərkəzi Xəstəxanasının akt zalında 06 aprel 2023-cü il tarixdə qanvermə aksiyası keçirilib.
Qan vermək istəyən könüllü donorlar Milli Hematologiya və Transfuziologiya Mərkəzinin və Göygöl Rayon Mərkəzi Xəstəxanasının həkim personalı tərəfindən müayinə edildikdən sonra qanvermə aksiyasında iştirak ediblər.