Göygöldə “Məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi” mövzusunda görüş keçirilib
29 sentyabr 2023 | 18:14
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında yaradılmış “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun” növbəti iclası keçirilib. Göygöl rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilən iclasda “Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupu”nun rəhbəri, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, monitorinq qrupunun üzvləri: Göygöl rayon Prokurorunun köməkçisi Pərvin Abbasov, rayon Polis şöbəsinin rəis müavini Yaqub Hüseynov, rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəbiyə Ablayeva və digərləri, eyni zamanda məktəb psixoloqları və aidiyyəti nümayəndələr iştirak edib.
“Məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi” mövzusunda keçirilən iclasda mövzu ilə bağlı geniş müzakirələr aparılıb, mövcud problemlərin aradan qaldılıması istiqamətində təkliflər irəli sürülüb, həmçinin əhali arasında məişət zorakılığından müdafiə vasitələrinə etimadın təşviqi və məişət zorakılığına qarşı mübarizə məqsədilə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi qərara alınıb.