Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “Korrupsiya ilə mübarizə Heydər Əliyev siyasi irsinin məntiqi davamıdır” mövzusunda dəyirmi masa keçirilib

10 dekabr 2023 | 17:55
9 dekabr - Beynəlxalq Korrupsiya Qarşı Mübarizə günüdür. Bu gün Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə qeyd olunur. Belə ki, 2003-cü ilin bu tarixində Meksikanın Merida şəhərində həyata keçirilən Yüksək Səviyyəli Siyasi Konfransda iştirak edən ölkələr BMT-nin Korrupsiyaya qarşı Konvensiyasına qoşulmaq qərarına gəliblər. Məlumata görə, sənədi imzalayan dövlətlər rüşvətxorluq, büdcə vəsaitlərinin mənimsənilməsi və korrupsiyanın əldə olunması kimi hallara görə məsuliyyət daşıyırlar. Sənədin müddəalarında qeyd olunur ki, ölkəyə korrupsiya şəklində daxil olan pul mütləq şəkildə geri qaytarılmalıdır. 2003-cü ildə qəbul olunan bu Konvensiya korrupsiya ilə bağlı ilk sənəd hesab olunur.
Göygöl İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində 9 dekabr - Beynəlxalq Korrupsiyaya Qarşı Mübarizə Gününə həsr olunmuş “Korrupsiya ilə mübarizə Heydər Əliyev siyasi irsinin məntiqi davamıdır” mövzusunda dəyirmi masa keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının və rayonun hüquq-mühafizə orqanlarının məsul şəxsləri iştirak ediblər.
Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, korrupsiyaya qarşı mübarizə istiqamətində Ümummilli Lider Heydər Əliyev qəti siyasi iradəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilməklə həyata keçirilən mövcud siyasətin əsas istiqamətini təşkil edir. Eyni zamanda Ulu Öndər Heydər Əliyevin korrupsiyaya qarşı konkret əməli addımlarla müşahidə olunan barışmaz siyasətinin digər fəaliyyət sferalarına müsbət təsirləri barədə çıxışlar edilib.
Keçidlər