Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “İxtisas bələdçisi” layihəsi həyata keçirilib

13 aprel 2023 | 18:12
Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialı tərəfindən “İxtisas bələdçisi” layihəsi çərçivəsində Göygöl şəhər 1 nömrəli tam orta məktəbdə 200 nəfər abituriyentin iştirakı ilə tədbir keçirilib. Məşğulluq Agentliyin “İxtisas bələdçisi” layihəsi çərçivəsində abituriyentlərə peşə və ixtisas seçimi sahəsində maarifləndirmə və karyera məsləhət xidmətinin göstərilməsi haqqında ətraflı məlumat verilib, hər bir abituriyentə topladıqları ballara uyğun olaraq düzgün ixtisas seçimi qaydaları izah edilib. Eyni zamanda abituriyentlərə təhsil kreditləri barədə də geniş və ətraflı məlumat verilib.
Tədbirin sonunda Agentliyin əməkdaşları tərəfindən abituriyentlərin sualları cavablandırılıb.
Keçidlər