Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə işəgötürənlərlə əməkdaşlıq məsələləri müzakirə edilib

10 avqust 2023 | 18:05
Göygöl Rayon İcra Hakimiyyəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə işəgötürənlərlə dəyirmi masa təşkil olunub.
Görüşdə Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Gəncə-Daşkəsən Regional Məşğulluq Filialının müdiri Elməddin Qurbanov, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri Vüqar İsayev və rayonda fəaliyyət göstərən sahibkarlar iştirak etmişdir.
Tədbirdə Göygöl rayonu Ərazi Məşğulluq Proqramının icrası çərçivəsində görülən işlər, Agentliyin fəaliyyət istiqamətləri və məşğulluq xidmətləri ilə bağlı məlumat verilib, mövcud imkanlar və əməkdaşlıq perspektivləri müzakirə edilib.
İştirakçılara sosial cəhətdən həssas kateqoriyaya daxil olan şəxslərin məşğulluğunu təmin etmək üçün kvota tətbiq edilməsi qaydası, sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilməsi qaydası, peşə hazırlığının təşkili və digər məşğulluq tədbirləri barədə təqdimat edilib, rəqəmsallaşma istiqamətində görülən işlər barədə məlumat verilib. Daha sonra işəgötürənləri maraqlandıran suallar cavablandırılıb.
Sonda Dövlət Məşğulluq Agentliyinin müxtəlif fəaliyyət istiqamətlərindən faydalanan işəgötürənlərin fikirləri dinlənilib.
Keçidlər