Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə inşa edilmiş növbəti kəhriz sakinlərin istifadəsinə verilib

09 yanvar 2023 | 17:22
Göygöl rayonu Mollacəlilli kəndində Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) və Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) birgə inşa edilmiş kəhrizin və qurulmuş su təchizatı sisteminin açılış mərasimi keçirilib.
Açılışda Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyinin Resursların idarəedilməsi şöbəsinin müdiri Gülnarə Hümbətova, baş mühəndisi Arzu Musayev, xarici əlaqələri üzrə məsul şəxs Elnarə Qafarova və Mollacəlilli kənd sakinləri iştirak ediblər.
Çıxış edən Elvin Paşayev kəhrizin tikintisində əməyi olan hər kəsə minnətdarlığını bildirib və istifadəyə verilən kəhrizin Mollacəlilli kənd sakinlərinin suya olan tələbatına dəstək olacağını xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, yeraltı suları yer səthinə çıxarmaq üçün istifadə olunan qurğulardan – kəhrizlərdən istifadə iqtisadi baxımdan daha səmərəlidir. Ona görə ki, heç bir elektrik enerjisi sərf edilmədən əhali öz axarı ilə fasiləsiz olaraq içməli və suvarma suyu ilə təmin olunur.
Kənd sakinləri kəhrizin çəkilişində əməyi olan hər kəsə təşəkkür ediblər.
Keçidlər