Göygöldə ilk dəfə səs verəcək gənclərlə “Mənim səsvermə hüququm” adlı görüş baş tutub
17 yanvar 2024 | 20:35
Azərbaycanda 07 fevral 2024-cü il tarixdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar ilk dəfə səs verəcək gənclərin iştirakı ilə “Mənim səsvermə hüququm” adlı maarifləndirici görüş keçirilib. Görüş Göygöl Rayon İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı, Göygöl Gənclər Evinin dəstəyi ilə baş tutub.
Görüşdə ekspert qismində iştirak edən Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatının Hüquq şöbəsinin məsləhətçisi Orxan Məmmədov seçkinin əhəmiyyəti, seçki hüququndan düzgün istifadə, səsvermə qaydaları, habelə ölkənin iqtisadi-siyasi mənzərəsi, bu sahədə gənclərin rolu barədə ətraflı məlumat verilib.
Daha sonra sektor müdiri Zaur Abbasov mövzu ətrafında çıxış edərək gənclərə prezident seçkilərində aktiv iştirak etməyi tövsiyə edib. Görüşdə gənc seçiciləri maraqlandıran suallar cavablandırılıb.