Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “Heydər Əliyev İli” ilə bağlı növbəti ağacəkmə aksiyası təşkil olunub

18 noyabr 2023 | 14:26

“Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon Təşkilatının birgə təşkilatçılığı ilə 18 noyabr 2023-cü il tarixdə Göygöl şəhər ərazisində növbəti ağac əkmə aksiyası təşkil olunub. Yeni Azərbaycan Partiyasının yaranmasının 31 illiyinə həsr olunmuş ağacəkmə aksiyasında Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə və təşkilat rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər. Ağacəkmə aksiyasında 131 ədəd müxtəlif növ ağac əkilib. Göygöl rayonunda ağacəkmə kompaniyası bundan sonra da davam edəcək.

Keçidlər