“2023-cü il – Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, "Göygöl Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin və Göygöl Rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 8 noyabr - Zəfər Gününə həsr edilmiş, şagirdlər arasında “Zəfərimiz və müstəqilliyimiz əbədidir” adlı rəsm müsabiqəsi təşkil olunub.
Müsabiqənin açılış mərhələsində Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl Rayonu üzrə Təhsil sektorunun müdiri Elnur Qasımov və “Göygöl Gənclər Evi” SXM-nin direktoru Şəhriyar İsmayılzadə çıxış edərək 8 noyabr – Zəfər Günü münasibəti ilə tədbir iştirakçılarını və rayon ictimaiyyətini təbrik edib, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının qürur mənbəyi olduğunu vurğulayaraq müsabiqədə iştirak edən şagirdlərə uğurlar arzu edilər.
Daha sonra münsiflər rəsmlərə baxış keçirilərək, böyük və kiçik yaş nominasiyaları üzrə qaliblər müəyyən ediblər.
"Böyük yaş" nominasiyası üzrə qaliblər:
1-ci yer - Abbaslı Səkinə, Göygöl rayonu Balçılı kənd tam orta məktəbi;
1-ci yer - Haqverdiyeva Ramilə, Qızılca kənd tam orta məktəbi;
2-ci yer - Məmmədova Gülay Gəncə Dövlət Universiteti;
3-cü yer - Mirsəlimli Fərid, Göygöl rayon Quşqara kənd tam orta məktəbi;
4-cü yer - Əliyeva Ayişə, Göygöl rayon Aşıqlı kənd tam orta məktəbi.
"Kiçik yaş" nominasiyası üzrə qaliblər:
1-ci yer - Əsgərli Fatimə , Göygöl rayon Qırıqlı kənd tam orta məktəbi;
2-ci yer - Nəbiyev Namiq, Göygöl rayon çaylı kənd tam orta məktəbi;
3-cü yer - Hüseynova Aişə Topalhəsənli kənd tam orta məktəbi;
4-cü yer - Hüseynli Dəniz Göygöl şəhər 4 saylı tam orta məktəbi.
Qalibləri təbrik edir, müsabiqədə iştirak edən hər bir kəsə təşəkkürümüzü bildiririk.