Göygöldə “Heydər Əliyev ili” çərçivəsində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa təşkil olunub
13 oktyabr 2023 | 17:42
Göygöl Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, rayon ziyalıları və gəncləri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Yeni Azərbaycan Partiyası Göygöl Rayon Təşkilatının sədri Vüqar İsayev, RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Aslan Kərimli, “Qarabağ Əlillərinə Qayğı” İB Göygöl rayon şöbəsinin sədri Araz Abbasov, Şəhər 3 nömrəli tam orta məktəbin direktoru, şəhid ailəsi Rüxsarə Atayeva, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Rəbiyə Ablayeva, Peşə Məktəbinin direktoru Kəmalə Nəhmədova, Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Şəhriyar İsmayılzadə və digər natiqlər Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı, bütöv bir xalqı böyük məhrumiyyətlərdən qorumağa və onun ən şərəfli tarixini yaratmağa nail olmuş ümummilli lider Heydər Əliyevin siyasi irsinin, ölməz ideyalarının onun vəfatından sonra da yaşamasından, uğurla davam etdirilməsindən, Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı olan Heydər Əliyevin öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmasından, Azərbaycanı dağılmaqda olan ölkədən inkişaf edən, tərəqqiyə qoşulan ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevirməsindən bəhs etmişlər. Sonda Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” sənədli filmi nümayiş olunub.