Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “Heydər Əliyev İli” çərçivəsində “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa təşkil olunub

13 noyabr 2023 | 12:08
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl rayon prokurorunun köməkçisi Pərvin Abbasov, Rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi Samir Rüstəmov,  Göygöl rayon İcra və probasiya xidmətinin icraçısı Ruslan Əliyev, rayonun digər idarə və müəssisələrinin əməkdaşları, rayon ziyalıları və gəncləri iştirak ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir. Tədbirdə çıxış edən Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl rayon prokurorunun köməkçisi Pərvin Abbasov, Göygöl rayon Polis şöbəsinin İstintaq bölməsinin rəisi Samir Rüstəmov, Göygöl rayon İcra və probasiya xidmətinin icraçısı Ruslan Əliyev və digər natiqlər Azərbaycanın milli dövlətçiliyinin xilaskarı və müstəqilliyinin təminatçısı ümummilli lider Heydər Əliyevin müəllifi olduğu, demokratik dəyərlərə uyğun hazırlanmış və 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ilə hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunmuş və insan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilməsindən, ölkəmizdə hüquq siyasətinin və qanunvericilik bazasının yaradılmasının əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğundan, Heydər Əliyevin siyasi irsinin, ölməz ideyalarının onun vəfatından sonra da yaşamasından, uğurla davam etdirilməsindən, Azərbaycanı dağılmaqda olan ölkədən inkişaf edən, tərəqqiyə qoşulan ölkəyə, vətəndaş müharibəsi astanasında olan ölkədən vətəndaş həmrəyliyi olan ölkəyə çevirməsindən bəhs etmişlər.
Keçidlər