Göygöldə “Heydər Əliyev İli” çərçivəsində “GəncFest” adlı yaradıcı və idmançı gənclərin festivalı keçirilib
“Heydər Əliyev İli” çərçivəsində 12 Avqust Beynəlxalq Gənclər Günü münasibəti ilə Göygöl Gənclər Evi" SXM-in təşkilatçılığı və Rayon İcra Hakimiyyətinin, Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun, GİKM-in Göygöl bölməsinin və Gəncə-Daşkəsən regional Mədəniyyət idarəsinin Göygöl nümayəndəliyinin, Göygöl rayon İrəvan İdman klubunun dəstəyi ilə “GəncFest” adlı yaradıcı və idmançı gənclərin festivalı baş tutmuşdur. Tədbirdə Göygöl Rayon İcra Hakimiyyəti Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Göygöl Gənclər Evinin direktoru Şəhriyar İsmayılzadə, Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Zaur Abbasov, GİKM-in Göygöl bölməsinin mütəxəssisi Raul Abbaszadə, Gəncə-Daşkəsən regional Mədəniyyət idarəsinin Göygöl rayon mədəniyyət mərkəzinin direktoru Əminə Rəhimova çıxış edərək gəncləri Beynəlxalq Gənclər günü münasibəti ilə təbrik etdilər və ölkəmizdə gənclər siyasətinin tarixi və həyata keçirilməsi, Ümummilli Lider Heydər Əliyevin bu istiqamətdə fəaliyyəti və verdiyi töhfələr, gənclərin hərtərəfli inkişafı istiqamətində dövlətin strateji addımları barədə danışdılar. Daha sonra istedadlı gəclər müxtəlif janrlarda öz ifalarını nümayiş etdirdilər. Festival zamanı qonaqlar Göygöl Gənclər Evinin klub üzvlərinin əl işləri ilə tanış oldu və gənc idmançıların oyunlarını izlədilər. Gənc şahmatçılar öz məharətlərini nümayiş etdilər və qaliblər xatirə hədiyyə ilə təltif olundular.