Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə "Heydər Əliyev İli" çərçivəsində ağacəkmə aksiyası keçirilib

23 mart 2023 | 14:48
Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi tərəfindən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib.
Rayonun Yeni Zod kəndində keçirilən aksiyada, yerli şərait üçün əlverişli olan müxtəlif növ ağac tingləri əkilib. 100 nəfər kənd təsərrüfatı mütəxəssislərinin iştirakı ilə əkilən hər bir ağacın küləkdən qorunması və normal böyüməsi üçün mineral gübrələrdən və digər lazımi vasitələrdən istifadə edilib, suvarma işləri görülüb. Ümumilikdə 3500 ədəd ağac əkilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə son illərdə respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində genişmiqyaslı və ardıcıl tədbirlər görülür, müasir parklar, yeni yaşıllıq zolaqları salınır, ekoloji siyasət uğurla həyata keçirilir. Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzinin kollektivi də könüllü olaraq ağacəkmə kampaniyasında fəal iştirak edir və belə tədbirlərin bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər