Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə "Heydər Əliyev duyğularımın səsində" adlı tədbir keçirilib

18 mart 2023 | 09:45
“Heydər Əliyev İli” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti və Göygöl rayonu üzrə təhsil sektorunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev duyğularımın səsində" adlı tədbir keçirilib.
Tədbirdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Yeni Azərbaycan Partiyasının Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsinin önündə şagirdlər xor şəklində Azərbaycan Respublikasının Dövlət Himninin ifa ediblər. Ulu Öndərin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla anılıb. Bədii hissə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixində əvəzolunmaz rolundan danışılıb. İctimai-siyasi həyatın bütün sahələrində böyük zirvələr fəth edən müstəqil Azərbaycanın qurucusu və banisi Heydər Əliyevin tarix və xalq qarşısında gördüyü işlərdən bəhs olunub. Şagirdlər mahnılar ifa edib, kompozisiyalar nümayiş etdirərək, rəqslərlə çıxış ediblər.
Keçidlər