Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasının 117-ci ildönümünə həsr olunmuş tədbir təşkil olunub

26 aprel 2025 | 16:35
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, görkəmli ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin tələbəsi olmuş, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İmamverdi Həmidov, AMEA-nın Gəncə bölməsinin elmi işlər üzrə sədr müavini filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov, yazıçı-publisist Nüşabə Əsəd Məmmədli, şair-publisist Salman Balakişiyev, əməkdar müəllim Dilarə Qazıyeva, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Göygöl rayonu üzrə mədəniyyət müəssisləri, müəllimlər və rayon ziyalıları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və qəhrəman Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra görkəmli ədibin həyat və yaradıcılığından bəhs edən video-çarx nümayiş etdirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev çıxışında qeyd edib ki, Mir Cəlal Paşayev XX əsr Azərbaycan ədəbiyyatında mövzu rəngarəngliyi, üslub xüsusiyyətləri ilə seçilən orijinal əsərləri ilə özünəməxsus yer tutur. Böyük ədib öz əsərlərində yaşadığı dövrün ictimai-siyasi durumunu, onu düşündürən həyati məsələləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın şəkildə əks etdirmişdir. Bu gün əsərlərində insanlığı, xeyirxahlığı təbliğ edən dəyərli yazıçı və pedaqoq Mir Cəlal Paşayevin nəvəsi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan ədəbiyyatının, mədəniyyətinin təbliği və tanıdılması istiqamətində misilsiz xidmətlər göstərir. Mir Cəlal Paşayevin çoxşaxəli yaradıcılığı nəinki müasirlərinə, özündən sonra gələn nəsillərə də örnəkdir. Ona görə də Mir Cəlal Paşayevin ədəbi irsini qoruyub saxlamaq, onu daim yaşatmaq hər birimizin borcumuzdur.
Tədbirdə çıxış edən ziyalılar və qonaqlar Mir Cəlal Paşayevin həyat və yaradıcılığı, onun yüksək insani keyfiyyətləri haqqında ətraflı məlumat veriblər və dəyərli xatirələrini bölüşüblər.
Keçidlər