Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “Gənclər Həftəsi” keçirilib

28 yanvar 2023 | 11:30

2 Fevral – Gənclər günü münasibəti ilə elan olunmuş “Gənclər Həftəsi” çərçivəsində Göygöl Rayon İcra Hakimiyyəti, Rayon Gənclər və İdman idarəsi, Gənclər Evi Sosial Xidmət Müəssisəsi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Göygöl nümayəndəliyin birgə təşkilatçılığı ilə “İntellektli gənc” adlı intellektual bilik yarışması keçirilib, “Gənc istedadların uğurlu hekayəsi” və “Mütaliəni sevirik” adlı könüllülər və aktiv gənclər üçün görüş təşkil olunub. Görüşdə uğur qazanmağın yolları və qazanılan uğurların arxasında dayanan çətinliklər, gənclərin sosial şəbəkədən düzgün istifadə qaydaları, mütaliənin şəxsiyyətin formalaşmasında rolu geniş müzakirə olunub və bu istiqamətdə gənclərə tövsiyələr verilib.

Keçidlər