Göygöldə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib
24 noyabr 2023 | 14:11
Göygöl Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qurumlar arasında koordinasiyanın, qarşılıqlı fəaliyyətinin təşkili” mövzusunda seminar-müşavirə keçirilib. Göygöl Rayon İcra Hakimiyyətinin akt zalında keçirilən seminar-müşavirədə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev, Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi polkovnik-leytenant Kənan Aşurov, hüquq mühafizə orqanlarının rəhbərləri, RİHB-nın İƏD üzrə nümayəndələri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev əhalinin və ərazilərin fövqəladə hallardan qorunmasının, yanğın təhlükəsizliyinin, su hövzələrində insanların təhlükəsizliyinin, sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliyin və tikintidə təhlükəsizliyin təmin olunmasını, bu sahədə yarana biləcək risklərin müəyyən edilərək, aidiyyəti qurumlarla qarşılıqlı müzakirənin aparılmasını vurğulayaraq, baş verə biləcək fövqəladə hallarla bağlı əvvəlcədən əhalinin məlumatlandırılmasının vacibliyini bildirdi.
Seminar-müşavirədə çıxış edən Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi Kənan Aşurov rəhbərlik etdiyi qurumun strukturu, fəaliyyət istiqamətləri, fövqəladə halların yaranma səbəbləri, növləri, qarşısının alınması vasitələri və yolları barədə ətrafı məlumat verdi. Daha sonra qurumun tabeliyində olan bölmələrin nümayəndələrinin hesabat məruzələri dinlənilib.
Sonda fövqəladə hallarla bağlı qurumlar arasında qarşılıqlı fəaliyyətin təşkili ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verilib.