Göygöldə "Erkən nikah, gender siyasəti, məişət zorakılığı və qadın hüquqları” mövzularında maarifləndirici tədbir keçirilib
11 aprel 2023 | 10:53
Göygöl Rayon İcra Hakimiyyəti, Göygöl Gənclər Evi SXM, Göygöl Gənclər və İdman İdarəsi, və Göygöl Peşə Məktəbinin birgə təşkilatçılığı ilə rayon gəncləri və Peşə məktəbinin şagirdlərinin iştirakı ilə "Erkən nikah, gender siyasəti, məişət zorakılığı və qadın hüquqları” mövzularında maarifləndirici tədbir keçirilib.
Göygöl Rayon İcra Hakimiyyəti başçısı Aparatı yanında fəaliyyət göstərən “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya”nın psixoloqu Ceyhun Hümbətov tədbiri giriş sözü ilə açaraq “Erkən nikahların, Məişət Zorakılığının qarşısının alınması və Qadın hüquqlarının müdafiəsi” ilə bağlı Rayon İcra Hakimiyyətində görülən işlər barədə ümumi məlumat verərək bu problemlərin qarşısının alınmasında ictimai qınağın vacib olduğunu bildirib.
Göygöl Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru İsmayılzadə Şəhriyar çıxış edərək erkən nikahın və xüsusilə qohumlar arasında nikahın mənfi nəticələri barədə geniş məlumat verib.
Göygöl Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Dünyavi Məmmədova qız uşaqlarına bəzi valideynlərin ailədə ağır yük kimi baxması, təhsildən yayındıraraq tez tələsik hansısa bir qohumla erkən nikaha sövq edilməsi halları haqqında və həmin uşaqların psixoloji travma almaları, bunun gələcəkdə doğuracağı pis fəsadlar barədə çıxış edib.
Tədbirin sonunda təlimçi Yeganə İsgəndərova mövzu ətrafında diskussiya şəklində uşaqlara təlim keçmişdir.