Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə Əmlak sığortası barədə ictimai maarifləndirmə keçirilib

30 noyabr 2023 | 18:13
Göygöl Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Paşa Sığortanın dəstəyi ilə əmlak sığortası barədə ictimai maarifləndirmə keçirilib. Göygöl Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Arzu Qocayev, Paşa sığortanın Gəncə-Qazax regional filialının rəhbəri Saleh Nəsibli, Göygöl Rayon İcra Hakimiyyəti başçısının şəhər, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri, bələdiyyə sədrləri, rayonda fəaliyyət göstərən idarə müəssissə və təşkilat nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Göygöl RİHB-nın müavini Arzu Qocayev ölkəmizin stabil və dayanıqlı inkişafının, beynəlxalq təhlükəsizlik sistemində layiqli yer tutmasının əsasında Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən siyasət, məqsəd, vəzifə və prinsiplər önəmli rol oynadığını, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə iqtisadiyyatın bütün sahələrində olduğu kimi Sığorta sisteminin qurulması və inkişafında müstəsna xidmətləri olduğunu, bu prinsiplərə əsaslanan sosial-iqtisadi siyasət günümüzdə Prezident cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdiyini vurğulayaraq, bu sahədə həyata keçirilən islahatların ölkəmizdə onilliklər boyu müasir sığorta sisteminin formalaşmasına gətirib çıxardığını qeyd edib.
Tədbirdə çıxış edən Paşa sığortanın Gəncə-Qazax regional filialının rəhbəri Saleh Nəsibli bildirib ki, Sığorta, adından göründüyü kimi məcburi xarakter daşıyır. Bu sığorta məhsulu yalnız yaşayış evləri, binalar, mənzillər üçün deyil, eyni zamanda, qeyri-yaşayış sahələri, fiziki və ya hüquqi şəxslərə məxsus tikililəri, dövlət əmlakını da əhatə edir. Başqa sözlə desək, Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçmiş, yəni əmlaka dair mülkiyyət hüququnu təsdiq edən sənədi olan şəxslər əmlaklarını sığorta edə bilər. Çünki sığorta şirkətinə müraciət edərkən şəxsiyyət vəsiqəsi ilə yanaşı, bu sənədin də təqdim edilməsi tələb olunur. Daşınmaz əmlakın icbari sığortası əmlakın baş verəcək təhlükələrdən sığortalayır.
Daha sonra Paşa sığortanın Gəncə-Qazax regional filialının rəhbəri Saleh Nəsibli Paşa sığortanın fəaliyyəti, əhatə etdiyi sahələr, sığortanın hesablanma qaydası, bu sahəyə dövlət dəstəyi və yeniliklər barədə geniş təqdimatla çıxış edib. Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.
Keçidlər