Göygöldə əmək yarmarkası keçiriləcək
05 dekabr 2023 | 18:40
07 dekabr 2023-cü il tarixdə Göygöl Gənclər Evində Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçiriləcək.
Keçiriləcək əmək yarmarkasında 15 müəssisə tərəfindən 100-dən artıq vakansiyanın çıxarılması nəzərdə tutulub.





