Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda dəyirmi masa təşkil olunub

07 noyabr 2023 | 14:43
Göygöl Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində “8 Noyabr - Zəfər Günü”nə həsr olunmuş “Ata vəsiyyəti və İnamlı Zəfər” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masada Milli Məclisin Deputatı Elşad Mirbəşiroğlu, Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, qazilər və ictimai fəallar iştirak ediblər. Əvvəlcə Ümummilli Lider Heydər Əliyev və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Dəyirmi masada çıxış edən natiqlər 44 günlük Vətən müharibəsində əldə edilən böyük Zəfərin əhəmiyyətindən danışıblar. Bildirilib ki, ölkəmizin müstəqillik qazandıqdan sonra bütün sahələrdə, eləcə də iqtisadi sahədə əldə etdiyi uğurlar xalqımızı böyük Qələbəyə daha da yaxınlaşdırdı. Milli ordu quruculuğu sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər ölkəmizin hərbi qüdrətinin artmasında mühüm rol oynadı. 2020-ci ildə Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin səriştəli rəhbərliyi, ordumuzun şücaəti hesabına cəmi 44 gün ərzində xalqımız böyük Zəfərə nail oldu. Noyabrın 8-i Şuşanın işğaldan azad olunması Zəfərin əsasını təşkil etdi, noyabrın 10-da imzalanan üçtərəfli kapitulyasiya aktı ilə qarşı tərəf məğlubiyyəti qəbul etdi. Hər bir sahədə ata vəsiyyətini uğurla yerinə yetirən ölkə Prezidenti cənab İlham Əliyevin güclü liderlik qabiliyyəti ilə ordumuz bu il lokal antiterror əməliyyatları zamanı da uğurlar qazandı. Bu gün üçrəngli bayrağımız Xankəndidə və digər işğaldan azad edilmiş torpaqlarımızda qürurla dalğalanır.
Tədbirin sonunda mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Keçidlər