Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə Aşıq Fətullahın yaradıcılıq gecəsi keçirilib

28 dekabr 2023 | 17:21
“Heydər Əliyev İli” ilə bağlı keçirilən silsilə tədbirlər çərçivəsində Göygöl Rayon İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsi və Göygöl rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə ustad aşıq, əməkdar mədəniyyət işçisi Fətullah Göyçəlinin yaradıcılıq gecəsi keçirilib. Göygöl rayon Mədəniyyət Mərkəzində keçirilən tədbirdə rayon ziyalıları, aşıq musiqisi sevərlər və rayon mədəniyyət işçiləri iştirak edib. Çıxış edənlər Ulu öndər Heydər Əliyevin aşıq sənətinə göstərdiyi diqqət və qayğıdan söz açıb, Aşıq Fətullah Göyçəli yaradıcılığından və onun aşıq sənətinə göstərdiyi xidmətlərdən danışıblar. Dastançı Aşıq Fətullah həm də 5 Kitab müəllifi, 72 aşıq havası bilicisi və 25 dastan ifaçısıdır. Tədbirdə həmçinin Əməkdar Mədəniyyət İşçiləri Aşıq Əhliman Kəlbəcərli, Aşıq Şöhrət, Fəxri Mədəniyyət işçisi Aşıq Ələddin və başqaları iştirak edib. Onların ifasında tamaşaçılara aşıq havaları təqdim olunub. Gecədə rayon mədəniyyət işçilərinin təqdimatında aşığın şeirləri səsləndirilib.
Sonda ustadın həyat və fəaliyyətindən bəhs edən video-çarx təqdim olunub, xatirə şəkili çəkdirilib.
Keçidlər