Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə arıçılıq təsərrüfatı

08 may 2023 | 09:34

Fermer Paşayev Kərim Məmməd oğlu 1981-ci ildən arıçılıqla məşğul olur. Arıçılıq ailə sənəti olaraq davam etdirir. Hazırda təsərrüfatında 60 ədəd arı ailəsi olsa da il ərzində arı ailəsini 100 ədədə çatdırmağı planlaşdırır. Təsərrüfat yerli cins olan Boz Qafqaz və Avropa cinsi olan Karnika arı cinslərindən ibarətdir. Hər il mütəmadi olaraq arı ailəsinin sayından asılı olaraq 500-800 kq (hər arı ailəsindən 8-10 kq) arası bal əldə edir. Məhsul satışını 2018-ci ildən Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi bal yarmarkasında həyata keçirir. Qış aylarında arıları Göygöl rayon Əlimədədli kəndində saxlasa da yay aylarında arı ailələrinin daha məhsuldar olması və yüksək keyfiyyətli məhsul əldə etmək üçün Göygöl rayonu və Daşkəsən rayonun dağ kəndlərinə aparır.

Keçidlər