Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə 7070,0 hektar sahədə payızlıq, 683,5 hektar sahədə yazlıq əkini aparılmışdır

16 may 2022 | 17:25

2021-ci ilin payızında 2022-ci ilin məhsulu üçün 7540,0 hektar sahədə şum qaldırılmışdır. Qaldırılmış şumun 7070,0 hektarında səpin aparılmışdır. Aparılmış səpinin 4474,0 hektarı buğda, 2546,0 hektarı arpa, 50 hektarı isə otarmaq üçün yaşıl yem  təşkil etmişdir. Əkilmiş taxılın 2505 hektarı suvarılan,  4515,0 hektarı isə dəmyə ərazilərdə səpilmişdir. 2022-ci ilin məhsulu üçün 01.04.2022-ci il tarixə  20,0 hektar yazlıq arpa, 1 hektar yonca, 387,0 hektar kartof,  203,5 hektar tərəvəz, 40 hektar dən üçün qarğıdalı, 32 hektar dən üçün günəbaxan əkin edilmişdir.

Bu günə kimi istehsalçılar tərəfindən 77,7 ton Ammonium Nitrat, 487,3 ton Karbamid gübrəsi yemləmə gübrəsi kimi fermerlər tərəfindən istifadə olunmuşdur. 

Keçidlər