Şriftin ölçüsü :

Saytın rəngi :

Göygöldə “2023-cü il-Heydər Əliyev ili” ilə bağlı silsilə ümumrayon tədbirləri davam edir

01 avqust 2023 | 16:31
“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Göygöl Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Rayon İcra Hakimiyyəti, Göygöl rayonu üzrə Təhsil sektoru və rayon mərkəzi kitabxana sisteminin birgə iştirakı ilə 1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı "Heydər Əliyev və Azərbaycan dili" mövzusunda dəyirmi masa keçirilib. Rayon mərkəzi kitabxana sisteminin oxu zalında keçirilən dəyirmi masada Göygöl Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə İbrahimova, Gəncə-Daşkəsən Regional Mədəniyyət idarəsinin Göygöl rayon üzrə nümayəndəsi Nurəddin Babazadə, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Göygöl rayonu üzrə sektorun baş məsləhətçisi Salman Balakişiyev, rayon mərkəzi kitabxana sisteminin direktoru İntizar Əliyeva, digər təşkilatların nümayəndələri və gənclər iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dəyirmi masada qeyd olunub ki, bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarında eşidilməsi ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasətinin uğurla həyata keşirilməsinin nəticələridir. Ulu Öndər Heydər Əliyev tərəfindən 2001-ci il avqustun 9-da imzalanmış “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” Fərman xüsusi əhəmiyyət kəsb edən tarixi hadisədir. Məlum olduğu kimi, 2002-ci il 30 sentyabr tarixində “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Qanuna əsasən Azərbaycan Respublikası Azərbaycan dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün zəmin yaradır. Bu gün də ölkəmizdə Azərbaycan dilinin qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm addımlar atılır. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2004-cü il yanvarın 12-də imzalanmış “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncama əsasən hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Həmçinin müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan möhtərəm dövlət başçımızın “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli-mənəvi varlığımızın sübutu olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik üzrə araşdırmaların yaxşılaşdırılmasıdır. Ölkə Prezidentinin 17 iyul 2018-ci il tarixli “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Sərəncamı da Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı isə ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir.
Keçidlər